Türkiyədən tarixi addım: “Bunun ciddi nəticələri olacaq”

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən tarixi addım: “Bunun ciddi nəticələri olacaq”

Rəsmi

23 Avqust 2020 21:20 947


Türkiyənin kəşf etdiyi qaynaqlar, Qara dəniz və bölgədə ən böyük təbii qaz ehtiyatıdır”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Financial Times” jurnalında dərc olunmuş məqalədə bildirlib.

Nəşr bu kəşfin Türkiyənin enerji təhlükəsizliyi üçün tarixi addım olduğunu, bunun əsas müəllifinin Prezident Rəcəb Tayyib Ərdoğan olduğu qeyd edilib. pizza hut

Məqalədə bunun Türkiyəni bölgə və dünyada ticarət nəhənginə çevirəcəyi də diqqətə çatdırılıb.

“Wood Mackenzie”nin analitiki Eşli Şerman nəşrə açıqlamasında deyib: “Bunlar sadəcə mövcud kəşfə əsaslanan ehtimallardır. Yeni quyuların kəşfi ilə bunu davam etdirmək olar.Lakin bu, indiyədək Türkiyə və Qara dənizdə aparılmış ən böyük kəşfdir. Türkiyə enerji ixracı və Qara dənizdəki nüfuzunun güclənməsi üçün böyük nəticələri ola bilər”.

Keçən il Türkiyənin enerji idxalatının təxminən 41 milyard ABŞ dolları həcmində olduğunun bildirildiyi məqalədə, bu resursların Rusiya, Azərbaycan, Qətər, ABŞ və İrandan tədarük edildiyi bildirilib.

İngilis nəşri Qara dənizdəki yeni yataqların kəşfinin dünyanın enerji bazalarını alt-üst edəcəyini yazıb.  /Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!