Rusiyalı diplomat Türkiyənin Ukraynaya silah ötürməsi məsələsinə münasibət bildirib.
Yenisabah.az “Sputnik Türkiye”yə istinadla xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib ki, Ankaranın Kiyevə silah tədarükü davam edir və siyahı artır:
“Təchizat davam edir. Onlar əlaqələri genişləndirməyə meyllidirlər. Özünüz nəticə çıxarın”. pizza sifarişi
Xatırladaq ki, bundan əvvəl Türkiyənin Ukraynaya silah, xüsusən də “Bayraktar TB2” pilotsuz təyyarələri tədarükünü davam etdirib-etdirməməsi ilə jurnalistlərin bağlı sualına Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Qurumunun müdiri İsmayıl Dəmir “nə isə baş verir” cavabını vermişdi.
Bundan əlavə, Ukrayna və Türkiyə rəsmiləri “Bayraktar TB2” pilotsuz təyyarələrinin gələcək tədarükü ilə bağlı şərh verməkdən imtina ediblər.
Telegram kanalımız