Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi
18 İyn 2021 08:13
652

Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi

Türkiyə istehsalı olan sabit qanadlı ALPAGU ağıllı PUA sistemi sursatlı sınaq atışını uğurla yerinə yetirib.

Bununla bağlı görüntüləri öz “Tvitter” səhifəsində Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir yayımlayıb.

“Özü yüngül, təsiri ağır ALPAGU-dan dəqiq zərbə! STM-nin milli mühəndislik qabiliyyəti ilə inkişaf etdirdiyi bir hərbçi tərəfindən gecə-gündüz təsirli əməliyyat apara bilən sabit qanadlı ağıllı PUA sistemi olan ALPAGU test atışını uğurla gerçəkləşdirdi. Dayanmaq olmaz, yola davam”, - o qeyd edib.

Müdafiə Sənayesi İdarəsindən isə bildirilib ki, ALPAGU atıldıqdan sonra təxminən 10 dəqiqə ərzində uçuş həyata keçirib. PUA hədəfi təqib etmək qabiliyyətinə malikdir. Yüksək manevr qabiliyyətinə görə ALPAGU son ana qədər təsbit edilmir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər