Oturduğu kürsü İnfantinonun altından qaçır - FIFA-dan narazılıq böyüyür

saytların hazırlanması

Evə çatdırılma

Oturduğu kürsü İnfantinonun altından qaçır - FIFA-dan narazılıq böyüyür

İdman

31 İyul 2026 13:31 90


İnvestor cəlb etmək planı ucbatından FIFA prezidenti Canni İnfantinonu dəstəkləyən milli futbol federasiyaları getdikcə azalır və bu, onun erkən istefasına səbəb ola bilər.

“Yeni Sabah” Sky News-a istinadla xəbər verir ki, Şimali, Mərkəzi Amerika və habelə Qəraib Hövzəsi Futbol Konfederasiyasının (CONCACAF) 41 üzvünün əksəriyyəti ya İnfantinoya inamını itirir, ya da artıq ondan məyus olub.

CONCACAF prezidenti, kanadalı Viktor Montalyani növbəti FIFA prezidenti olmaq üçün potensial namizəddir. Pepperoni pizza

FIFA-nın 211 üzvündən təxminən 90-ı hazırda İnfantinonun planına açıq şəkildə qarşı çıxır.

UEFA və CONCACAF-ın açıqlamalarından sonra FIFA cavab olaraq 20 milyard dollarlıq törəmə şirkət olan “FIFA Forward Enterprise” (FFE) yaradılması ilə bağlı təklifin təfərrüatlarını aydınlaşdırıb. Plana əsasən, bu şirkət kommersiya fəaliyyətləri və tədbirlərin idarə olunması ilə məşğul olacaq. Xarici investorlar şirkətin səhmlərinin 20%-ə qədərini əldə edə biləcəklər.

Bəyanatda deyilir: "Heç kim futbol satmır. FIFA bunu heç vaxt nəzərdən keçirməz. Hər kəsin etiraz etmək və aydınlıq gətirmək hüququ var, lakin heç bir təşkilat dünyanın bütün 211 futbol assosiasiyasını təmsil etdiyini iddia edə bilməz. Hər bir assosiasiyaya təklifi araşdırmaq və gələcəyi barədə fikir bildirmək imkanı verilməlidir".

İnfantinonun planları ilə bağlı xəbərlərdən sonra çoxsaylı futbol idarəetmə orqanları, regional futbol assosiasiyaları, Britaniya Baş naziri Endi Börnhem və keçmiş FIFA prezidenti Sepp Blatter də daxil olmaqla, müxtəlif tanınmış şəxslər tənqidlər səsləndirib.

Tənqid dalğasına qoşulan son təşkilatlardan biri Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) olub.

İnfantino milli assosiasiyalara planını dəstəkləmək üçün 19 sentyabr tarixinə qədər vaxt verib. O xəbərdarlıq edib ki, əgər onlar təşəbbüsü dəstəkləməsələr, milli komandalarının inkişafı və saxlanılması üçün xeyli az maliyyə vəsaiti olacaq. FIFA rəhbəri bildirib ki, FFE-nin yaradılması üçün FIFA üzvlərinin ən azı 50%-nin və federasiyanın idarəetmə şurasının dəstəyi tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!