Üç qurumun əməkdaşları əl-ələ verib 7 min ağac əkdilər

saytların hazırlanması

Evə çatdırılma

Üç qurumun əməkdaşları əl-ələ verib 7 min ağac əkdilər

Sosial

23 Fevral 2023 17:42 816


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” və “AzərEnerji” açıq səhmdar cəmiyyətlərinin rəhbərləri də başda olmaqla kollektivlərin 500-dək əməkdaşı ağacəkmə aksiyası keçiriblər. 

Fevralın 23-də Bakının Xocəsən qəsəbəsinin 10 hektar ərazisində keçirilən aksiyada Abşeron yarımadasının iqliminə uyğun müxtəlif növdə 7 minədək ağac əkilib.

Keçirilən bu cür aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə vermək və Ulu Öndərin ənənələrini davam etdirməkdir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!