Ucarda maşın işıq dirəyinə çırpıldı

saytların hazırlanması

Evə çatdırılma

Ucarda maşın işıq dirəyinə çırpıldı

Hadisə

17 Avqust 2026 09:21 58


Bakı-Qazax yolunun Ucarın Pirkənd kəndindən keçən hissəsində qəza olub.

"Yeni Sabah" xəbər verir ki, Gəncə şəhər sakini Qasım Adıgözəlovun idarə etdiyi "Mercedes" markalı minik avtomobilini naməlum avtomobil arxadan vuraraq hadisə yerindən qaçıb.

Toqquşmadan sonra avtomobil yoldan çıxaraq əvvəlcə beton arakəsməyə daha sonra işıq dirəyinə çırpılıb. Dördpendirli pizza

Qəza zamanı avtomobildə olan sərnişinlər - 2005-ci il təvəllüdlü Bakı şəhər sakini Tofiq Əsgərli və 2003-cü il təvəllüdlü Gəncə şəhər sakini Mahir Ələsgərov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Sürücünün dediyinə görə, gecə saatları olduğundan onu vuran avtomobilin markasını görməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!