“Hindistandan Azərbaycana idxal olunan ətlər tamamilə təhlükəsizdir”.
Bunu Yenisabah.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Ekspert xaricdən ölkəmizə ət idxalının artığını qeyd edib: Sezar pizza
“Mal əti idxalını 93.3 faiz artıb. Buna səbəb ölkədə ucuz ətə olan tələbatdır. Xaricdən ölkəmizə gətirilən ət məhsulları tamamilə zərərsizdir. Qiymətlərinin ucuz olmasına baxmayaraq, insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur”.
E. Hüseynov əlavə edib: “Ölkədə 20-dən çox ət məmulatı istehsalçısı var. Təəssüf ki, onlardan sadəcə bir neçəsi müasir standartlara uyğun məhsullar istehsal edir. Digər müəssisələrdə isə vəziyyət acınacaqlıdır. Kiloqramı 4-5 manat olan kolbasa-sosiska çeşidləri satışa çıxarılır. Bu cür anormal rəqabətə dözmək üçün qanuni şəkildə ət məhsulları istehsal edən müəssisələr ucuz ət almağa məcburdur. Ucuz ət bir sıra xarici ölkələrdən, əsasən, Hindistandan gətirilir.
Çox təəssüf ki, bu işə nəzarət edən qurumlar qanunsuz şəkildə ət məhsulları satan obyektlərin qarşısını almır. Bu məsələyə çox biganə yanaşırlar”.
Aytac Şahin
Telegram kanalımız