Ukrayna açıqladı: Rusiyanın 36 minə yaxın hərbçi öldürülüb

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna açıqladı: Rusiyanın 36 minə yaxın hərbçi öldürülüb

Dünya

30 İyun 2022 11:02 615


Rusiya ordusunun Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikaların yeni statistikası açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, fevralın 24-dən başlayan döyüşlər nəticəsində Rusiyanın 35 600 hərbçisi məhv edilib. Sezar pizza

Bundan başqa, Rusiya ordusunun 1573 tankı, 3726 zirehli maşını, 790 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 104 hava hücumundan müdafiə sistemi, 217 təyyarəsi, 185 helikopteri, 641 operativ-taktiki PUA-sı, 143 qanadlı raketi, 14 gəmi/qayıq, 2602 avtomobil və avtoçən, 61 xüsusi texnikası sıradan çıxarılıb.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!