"İran Ukraynada eskalasiyaya səbəb ola biləcək hər hansı addımdan qaçır və münaqişənin heç bir tərəfinə kömək etmir, çünki əmindir ki, bu dayandırılmalıdır".
Yenisabah.az “La Repubblica”ya istinadla xəbər verir ki, bunu İtaliya nəşrinə müsahibəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
O, Rusiyaya hərbi texnika, o cümlədən PUA satışı ilə bağlı xəbərləri təkzib edib: Pepperoni pizza
“Bizim Rusiya ilə müxtəlif əməkdaşlıq formalarımız var, o cümlədən müdafiə sahəsində, lakin biz [Ukrayna] münaqişəsində iştirak edən tərəflərin heç birinə kömək etmirik, çünki bunun dayandırılmasına əminik. Düşünürəm ki, indi problem başqadır. Bəzi Qərb ölkələri, o cümlədən ABŞ silah istehsal edir və məhsullarını satmağa çalışır. Gərginliyə səbəb ola biləcək hər hansı hərəkətdən qaçmağa, bu müharibəyə son qoymağa çalışırıq”.
Xatırladaq ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın İranın Rusiyaya PUA göndərmək planları ilə bağlı bəyanat verib.
Telegram kanalımız