Ukrayna Krımda dəmir yolu körpüsünə zərbə endirdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Krımda dəmir yolu körpüsünə zərbə endirdi

Dünya

03 İyul 2026 19:39 173


Ukraynanın Müdafiə Qüvvələri işğal altındakı Krımda Krasnoqvardeyskoye qəsəbəsi yaxınlığında Krasnoqvardeyski kanalı üzərindəki dəmir yolu körpüsünə zərbə endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, körpüdən Rusiya qoşunları tərəfindən hərbi logistika, şəxsi heyətin, silahların, döyüş sursatlarının və maddi-texniki vasitələrin daşınması üçün istifadə olunub. Obyektə dəymiş ziyanın miqyası dəqiqləşdirilir. pizza

Ukraynalı hərbçilər, həmçinin Rusiya qoşunlarının hərbi potensialını təmin edən obyektlərə zərbə endirməyə davam etdiklərini bildiriblər. Rusiya tərəfi zərbə ilə bağlı məlumatı hələ ki şərh etməyib.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Artyomovka bölgəsindəki radioelektron mübarizə stansiyasına, Sevastopoldakı radioelektron kəşfiyyat bölmələrinə, Donetsk vilayətinin Ukraynsk rayonundakı pilotsuz uçuş aparatlarının idarəetmə məntəqəsinə və Zaporojye vilayətinin Novqorod bölgəsində Rusiya qoşunlarının komanda məntəqəsinə zərbə endirildiyini bildirib./


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!