Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bəyan edib ki, ölkəsinin müharibədə verdiyi itkilər barədə məlumat dövlət sirridir.
Yenisabah.az xəbər verir ki, Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar, Ukraynanın müharibədə verdiyi itkilərlə bağlı məlumatların açıqlanmaması ilə bağlı, "Bu məlumat dövlət sirridir. Rusiya Federasiyasının bundan öz məqsədləri üçün istifadə edə bilməməsi üçün məlumatları açıqlamırıq", - deyib.
Ukrayna ordusunda insan itkiləri ilə bağlı təsdiqlənməmiş məlumatların yayılmamasına çağıran Malyar, "Vətəndaşlara, icma liderlərinə və Ukraynanın itkilərinə münasibət bildirənlərə müraciət etmək istəyirik. Düşmən üçün çalışmayın. Hərbi vəziyyət bitənə qədər rəqəmləri açıqlamayın” ifadəsini işlədib. pizza sifarişi
Telegram kanalımız