Ukrayna ordusu 2 yaşayış məntəqəsini azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu 2 yaşayış məntəqəsini azad etdi

Dünya

07 Sentyabr 2022 13:53 1058


Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Voloxov Yar və Verbovka yaşayış məntəqələrini işğaldan azad edib.

“Report” xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının sabiq “müdafiə naziri” İqor Girkin şəxsi teleqram kanalında etiraf edib.

“Mənbələrim Milli Qvardiyanın hazırlığının acınacaqlı durumda olması ilə yanaşı düşmənə mümkün olan maksimum məsafələrdən atəş açmağa üstünlük verən Rusiya aviasiyasının hərəkətlərinin müstəsna ehtiyatlılığını da qeyd etdi ki, bu da zərbələrin effektivliyinə əhəmiyyətli dərəcədə təsir edib”, - İ.Girkin vurğulayıb. Dördpendirli pizza

Qeyd edək ki, İqor Girkin separatçıların “müdafiə naziri” olmadan öncə uzun müddət Rusiya Federal Təhlükəsizlik Xidmətində şöbə rəisinin müavini vəzifəsində çalışıb. Hazırda o, Donbasdakı separatçıları, qondarma quruluşları dəstəkləyən “Novorossiya” ictimai hərəkatının rəhbəridir.

İ.Girkin Rusiya Müdafiə Nazirliyi, xüsusilə nazir Sergey Şoyqunun ən sərt tənqidçilərindən biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!