Ukraynada yeni daxili işlər naziri və Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib.
Yenisabah.az UNAN-a istinadla xəbər verir ki, Vasili Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) yeni rəhbər təyin edilib. Digər qərarla İqor Klimenko daxili işlər naziri təyin olunub.
Vasili Malyuk 2022-ci ilin iyulundan etibarən indiyə qədər UTX rəhbərinin vəzifəsini icra edib və avqust ayından Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür. pizza
İqor Klimenko isə 2019-cu ildən Ukrayna milli polisinin rəhbəri və daxili işlər nazirinin müavini olub.
Telegram kanalımız