Ukraynada “Bayraktar” PUA-larının istehsalı zavodu tikiləcək.
Yenisabah.az “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
Onun sözlərinə görə, PUA istehsalçısı olan “Baykar” artıq Ukraynada şirkət yaradıb, torpaq sahəsi alıb və zavodun layihəsini hazırlayıb. Dördpendirli pizza
Ukraynalı diplomat deyib: “Zavod tikiləcək. Təxminən bir həftə əvvəl hökumət ikitərəfli sazişi təsdiq etdi və onu ratifikasiya üçün parlamentə göndərdi”.
Bodnar əlavə edib ki, “Bayraktar”ın istehsalına mühərriklər, təkərlər və ehtiyat hissələri istehsal edən Ukrayna müəssisələri cəlb olunacaqlar.
Telegram kanalımız