Ukraynada dövlət hesabına təhsil alan azərbaycanlı yoxdur - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada dövlət hesabına təhsil alan azərbaycanlı yoxdur - RƏSMİ

Sosial

21 Aprel 2022 11:49 413


Hazırda Ukraynada dövlət xətti ilə təhsil alan Azərbaycan Respublikası vətəndaşı yoxdur.

Bu barədə Yenisabah.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alan tələbələr təhsillərini digər ölkələrdə davam etdirə, habelə yay aylarında transfer.edu.az xidməti aktivləşdirildikdə Azərbaycanda təhsillərini davam etdirmək üçün köçürülməyə müraciət edə bilərlər. pizza hut

"Təhsil Nazirliyi yalnız dövlət hesabına təhsil alan tələbələrin qeydiyyatını aparmaqdadır. Şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alanların ölkəyə giriş-çıxışı ilə bağlı məlumat Təhsil Nazirliyində mövcud deyil. Lakin, son dövrlər Ukraynadan geri dönmüş vətəndaşlarımızın Təhsil Nazirliyinə edilən fərdi müraciətləri qeydə alınır və aidiyyəti üzrə yönləndirilir",- nazirliyin yaydığı məlumatda qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!