Ukraynada hərbi vəziyyət yenidən uzadılır

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada hərbi vəziyyət yenidən uzadılır

Dünya

04 Fevral 2023 13:12 586


Ukrayna Ali Radası tezliklə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini yenidən uzadacaq.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə xalq deputatı Yaroslav Jeleznyak “Telegram”da bildirib.

Onun sözlərinə görə, bu uzadılmalar 2023-cü il fevralın 19-dan sonra başlayacaq və çox güman ki, yenidən 90 gün davam edəcək. Marqarita pizza

“Fərmanın təsdiqi ilə bağlı müvafiq iki qanunu yaxın vaxtlarda prezident təqdim edəcək. Bu, müharibə başlayandan bəri hərbi vəziyyətə dair 6-cı səsvermə olacaq”, - deyə deputat bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra ölkədə hərbi vəziyyət tətbiq olunub. Eyni zamanda ölkədə ümumi səfərbərlik elan edilib. Ukraynada hərbi vəziyyət sonuncu dəfə 19 fevral 2023-cü ilə qədər uzadılmışdı.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət dövründə 18-60 yaş arası hərbi xidmətə cəlb olunan kişilərin bəzi istisnalar olmaqla, ölkədən çıxışı qadağandır. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hərəkət azadlığı da məhdudlaşdırılır. Komendant saatı tətbiq olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!