Ukraynada istefa dalğası: Zelenskinin ətrafı boşalır

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada istefa dalğası: Zelenskinin ətrafı boşalır

Dünya

24 Yanvar 2023 14:09 933


Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov da istefa verib.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, Şapovalov könüllü şəkildə ərizə yazaraq vəzifəsini tərk edib. 

Belə ki, nazir müavini Müdafiə Nazirliyi üçün məhsulların alınması ilə bağlı qalmaqaldan sonra istefaya gedib.  pizza

Ukrayna MN-nin saytından bildirilib ki, Vyaçeslav Şapovalov Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizatına cavabdeh olub. 

Məlumatda bildirilib ki, o, Ukrayna Silahlı Qüvvələrinin gələcək stabil təminatına təhlükə yaratmamaq üçün istefa verib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışında və hakim “Xalqın xidmətçisi” partiyasından verilən açıqlamalarda kadrlarla bağlı həlledici və konkret qərarların anonsu verilmişdi. Bundan sonra xeyli vəzifəli şəxs istefa verib. 

Bundan əlavə, prezident Zelenski döyüşlərin getdiyi 4 vilayətin hərbi rəhbərini də vəzifəsindən azad edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!