Ukraynada müharibə: 150 rus hərbçisi öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada müharibə: 150 rus hərbçisi öldürüldü

Dünya

25 Avqust 2022 11:12 1043


Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiya ordusunun 150 hərbçisini məhv edib. Bununla da Rusiyanın canlı qüvvə itkilərinin sayı 45 850-yə çatıb.

Yenisabah.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində paylaşıb.

Ukrayna müdafiəçiləri indiyədək Rusiyanın 1929 (+5) tankını, 4245 (+2) zirehli döyüş maşınını, 1037 (+1) artilleriya sistemini, 272 (+6) MLRS sistemini, 148 (+1) hava hücumundan müdafiə sistemini və aviasiyasını məhv edib. Toyuqlu pizza

Bununla yanaşı, Ukrayna ordusu tərəfindən 202 (+3) helikopter , 828 (+9) əməliyyat-taktiki səviyyəli PUA , 196 (+0) qanadlı raket, 15 (+0) gəmi və qayıq məhv edilib.

Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!