16 Avqust - 04:46
Ukraynada öldürülən rus əsgərlərinin sayı 36 minə çatır

Ukraynada öldürülən rus əsgərlərinin sayı 36 minə çatır

Dünya

03 İyul 2022 10:37 415


“Son sutka ərzində Rusiya ordusu Ukraynaya qarşı müharibədə daha 100 əsgər və 1 helikopter itirib. Ümumilikdə, 35 970-ə yaxın işğalçı artıq məhv edilib”.  

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Rusiya ordusu ən çox Kramatorsk və Baxmut istiqamətlərində itkilər verib.

Xatırladaq ki, daha əvvəl Melitopolun meri İvan Fedorov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri 30 raket zərbəsi nəticəsində Rusiyanın şəhərdəki dörd hərbi bazasından birini məhv edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!