Ukraynada rusların İrandan aldığı 30 PUA vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada rusların İrandan aldığı 30 PUA vuruldu

Dünya

17 Oktyabr 2022 11:44 727


Oktyabrın 16-dan 17-nə keçən gecə cəbhənin cənub istiqamətində Ukraynanın Hərbi Hava Qüvvələri üç saat ərzində 15 kamikadze pilotsuz uçan aparatı, şərqdə isə 3 qanadlı raketi məhv edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

"Oktyabrın 17-də saat 03:30-dan 06:50-dək Cənub hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən 15 pilotsuz təyyarə vurulub: 6-sı Odessa vilayəti, 9-u Nikolayev vilayəti üzərində. Oktyabrın 16-dan 17-nə keçən gecə cənub istiqamətində ümumilikdə 26 ədəd "Shahed-136" PUA-sı məhv edilib", - məlumatda deyilir. pizza

Məlumatda deyilir ki, ruslar müxtəlif növ qanadlı raketlərlə şərq istiqamətində də mühüm infrastruktur obyektlərinə hücum edib.

“Həmin istiqamətdə 3 raket Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri tərəfindən məhv edilib", - komandanlıq əlavə edib.

“Cənub” əməliyyat komandanlığından verilən məlumata görə, bu istiqamətdə hava hücumundan müdafiə qüvvələri tərəfindən 9 “Şəhid” PUA-sı vurulub.

Qeyd edilir ki, məhv edilən PUA-lar İranın Rusiyaya satdığı dronlardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!