Ukraynada valideynləri həlak olan 3 azərbaycanlı uşaq Vətənə gətirildi - XİN

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada valideynləri həlak olan 3 azərbaycanlı uşaq Vətənə gətirildi - XİN

Sosial

04 May 2022 20:22 168


Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun həyat yoldaşı Ukrayna vətəndaşı Mahmudova Lyudmilanın yetkinlik yaşına çatmayan 3 övladı - 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və 10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovna Azərbaycana təxliyə ediliblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar valideynləri həlak olduqdan sonra tanışları tərəfindən Rusiya Federasiyası ərazisinə keçiriliblər. Sezar pizza

Uşaqların Azərbaycan Respublikasına repatriasiya edilməsi üçün Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib.

Daha sonra, məsələ ilə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən lazımi hüquqi yardım göstərilib, uşaqların ölkəmizə gəlmələri üçün onlar qayıdış şəhadətnamələri rəsmiləşdirilib və Azərbaycana gətirilmələri üçün addımlar atılıb.

Azərbaycan Respublikasının Hökumətinin dəstəyi ilə uşaqlara lazımi hüquqi, tibbi, sosial və psixoloji yardım göstəriləcək və qəyyum ailəyə verildikdən sonra sosial-reabilitasiya işi davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!