Ukraynada yoluxma artdı: 44 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada yoluxma artdı: 44 nəfər öldü

Dünya

06 Sentyabr 2022 13:38 786


Ukraynada koronavirusa yoluxma halları artmağa başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 29-dan sentyabrın 4-dək Ukraynada 16 min 155 yoluxma halı aşkarlanıb, onlardan 2024-ü uşaq, 377-si tibb işçisidir. Koronavirusa yoluxanların 3868-i xəstəxanaya yerləşdirilib, 44 nəfəri virusun qurbanı olub. Dominos pizza

Bundan əlavə, son bir həftə ərzində 50 min 55 nəfər peyvənd olunub. 

Ukraynada pandemiya dövründə ümumilikdə 5 milyon 72 min 533 nəfər koronavirusa tutulub, onlardan 4 milyon 935 min 472 nəfəri sağalıb, 108 min 885 xəstə isə həyatını itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!