Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirildi

Sosial

03 İyun 2026 17:39 69


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunmaq məqsədilə Azərbaycana gətirilib.

"Yeni Sabah" xəbər verir ki, bununla da Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü ötüb.

10 gün davam edəcək proqram çərçivəsində uşaqlar əvvəlcə Bakıda yerləşən düşərgədə qrup terapiyalarında, meditasiya və yoqa məşğələlərində, eləcə də müxtəlif psixo-sosial təlimlər və ustad dərslərində iştirak edəcəklər. pizza

Proqramın növbəti mərhələsində onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə əhatə olunacaqlar. Uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna prosedurları, art-terapiya və digər reabilitasiya xidmətləri göstəriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!