Ukraynalı azərbaycanlılar Almaniyadan geri qayıdır

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı azərbaycanlılar Almaniyadan geri qayıdır

Dünya

11 Aprel 2023 13:14 731


Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Almaniyaya sığınmaq məcburiyyətində qalan Ukrayna vətəndaşı olan azərbaycanlıların bir qrupu Ukraynaya qayıdıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, aprelin 10-da Ukraynaya geri qayıtmaq istəyənlər Almaniyanın Duisburq şəhər vağzalına toplaşıblar. Geri dönmək istəyənlərin sırasında ümumilikdə 11 azərbaycanlı olub.

Polis və miqrasiya idarəsinin əməkdaşları tərəfindən yoxlanılan şəxslər avtobusa mindirilərək, yola düşüblər. Pepperoni pizza

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib ki, müharibə səbəbindən edilən xəbərdarlığa baxmayaraq son iki ayda Ukraynaya geri qayıdan insanların sayında artım qeydə alınıb.

BAMF-dan bildirilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə kimi geri dönən Ukrayna vətəndaşlarının sayı on minə yaxındır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!