Ukraynalı qadın övladları ilə birlikdə Azərbaycana sığınıb - Video

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı qadın övladları ilə birlikdə Azərbaycana sığınıb - Video

Sosial

16 Mart 2022 00:42 2256


Rusiyanın hərbi müdaxiləsi minlərlə ukraynalını öz doğma yurd-yuvasından didərgin salıb. Onların arasında ölkəmizə üz tutanlar da var.

Yenisabah.az xəbər verir ki, müharibənin dəhşətindən xilas olmaq üçün övladları ilə birlikdə Bakıya gələn Anya Rozvadovskaya Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşıb.

O hazırda rəfiqəsinin bibisinə məxsus evdə qalır. Anyanın rəfiqəsində koronavirus aşkarlandığından o,Türkiyədə qalıb. Buna görə də Anya onun uşaqlarını da özü ilə gətirməyə məcbur olub. Dördpendirli pizza

Anya deyir ki, Ukraynada baş verənləri təsəvvür etmək mümkün deyil. Onun sözlərinə görə, Rusiya ordusu qohumlarının yaşadığı yeri mühasirəyə alıb.

Martın 4-də ölkəmizə gələn Anya Rozvadovskaya  bildirir ki, Azərbaycanda özünü rahat hiss edir. Burada gördüyü xoş münasibətdən məmnun qaldığını deyir.

Anya və övladlarının yeganə istəyi müharibənin dayanmasıdır. Onlar qısa zamanda yenidən öz ölkələrinə dönməyi arzulayırlar.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

/Xəzərxəbər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif m
    Allah hər kəsi sağ-salamat öz ocağına yetirsin. Ölüm-itim, ayrılıq olmasın. Allah müharibə meyilli kəsləri müharibə ilə də yox etsin.
    4 years ago