Ukraynanın 2 təyyarəsi qəzaya uğradı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın 2 təyyarəsi qəzaya uğradı

Dünya

13 Oktyabr 2022 16:04 810


Poltava vilayətində iki Ukrayna təyyarəsi qəzaya uğrayıb. 

Yenisabah.az xəbər verir ki, vilayət administrasiyasının rəhbəri Dmitri Luninin verdiyi məlumata görə, təyyarələr 11 və 12 oktyabr tarixləri olmaqla iki fərqli gündə qəza ediblər.

"Təəssüf ki, çərşənbə axşamı və çərşənbə günü təyyarə qəzaları olub. Təyyarələrimiz qəzaya uğrayıb. Bu, məhz Şişatsk icmasında baş verib. Əlavə məlumatı şərh edə bilmərəm. Müdafiə Nazirliyindən məlumat gözləyirik, məlumat alanda nə olduğunu başa düşəcəyik", o bildirib. pizza sifarişi

Lunin həlak olan hərbçilər haqqında məlumat verməsə də, hadisədə mülki vətəndaşlardan ölən və xəsarət alanın olmadığını qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!