16 Avqust - 11:23
Ukraynanın iki döyüş təyyarəsi vuruldu - RƏSMİ

Ukraynanın iki döyüş təyyarəsi vuruldu - RƏSMİ

Dünya

03 İyul 2022 14:10 483


Rusiya hava hücumundan müdafiə sistemləri ötən gün ərzində Ukraynaya məxsus iki “Su-25” hücum təyyarəsini və 10 pilotsuz uçuş aparatını vurub.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki “Su-25”-i Xarkov vilayətinin Dibrovnoye və Nikolayev vilayətinin Kvitnevo yaşayış məntəqələri ərazilərində vurub.

Donetsk, Zaporojye və Xarkov vilayətlərində də Ukraynaya məxsus 10 PUA vurulub: “Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən Luqanskda dörd “Himars” reaktiv yaylım atəşi sistemi, Donetsk və Xarkov bölgəsində dörd “Uraqan” raketi də daxil olmaqla, reaktiv yaylım atəşi sistemi qurğusunun səkkiz mərmisi vurulub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!