Ukraynanın İsraildən tələbləri var

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın İsraildən tələbləri var

Dünya

06 Fevral 2023 15:03 579


İsrailin xarici işlər naziri Eli Koenin Ukraynaya gözlənilən səfəri ərəfəsində İsrail tərəfdən Rusiyanın hərəkətlərini açıq şəkildə pisləməsi və böyük məbləğdə borc verməsi tələb olunur.

Yenisabah.az "Walla"ya istinadla xəbər verir ki, bu barədə ukraynalı mənbə danışıb.

Onun sözlərinə görə, Ukrayna İsrailə tələblər siyahısı, o cümlədən 500 milyon dollar borc, həmçinin Rusiyanın təcavüzünü pislənməsinə dair açıq və aydın bəyanat göndərib. Dördpendirli pizza

Rəsmi Kiyev, həmçinin, İsrailin Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh planını” dəstəkləməsini gözləyir. Bundan əlavə, Ukrayna tərəfi yaralı ukraynalı hərbçilərin və mülki şəxslərin müalicəsinə kömək ediləcəyini gözləyir.

Ukraynalı mənbənin sözlərinə görə, Kiyev hesab edir ki, “Koenin səfəri zamanı reaksiya dərəcəsi İsrailin niyyətlərinin səmimiliyinə dəlalət edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!