Ukraynanın raket sursatı bu ay qurtara bilər

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın raket sursatı bu ay qurtara bilər

Dünya

11 Aprel 2023 16:27 691


Pentaqonun sosial şəbəkələrə sızan məxfi sənədlərinə əsasən, Ukraynanın zenit raketləri bu ilin may ayına kimi tükənəcək.

Yenisabah.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, Ukrayna hər ay təxminən 69 "Buk" və 200 "S-300" raketindən istifadə edir. Onların sursatları ya bu həftənin sonunda, ya da may ayına qədər tükənəcək.

Məxfi sənədlərə əsasən, keçmiş sovet platformaları üçün raketlər əldə etmək çətindir. Bunun əvəzinə Ukrayna 3 alman "İris-T" hava hücumundan müdafiə sistemi və 8 NASAMS sistemi (ABŞ) alıb. Lakin bu sistemlər ayda təxminən 64 raket istehlak edir və onların məhdud sayı Ukraynanın "S-300" raketləri qədər geniş ərazini əhatə edə bilməz. Sezar pizza

ABŞ hərbi planlaşdırıcıları hesab edirlər ki, Ukrayna bu çatışmazlığı aradan qaldırmaq üçün 16 "İris-T" raket sisteminə və ya NASAMS, həmçinin 12 "Patriot" raket sisteminə və ya "SAMP-T"yə ehtiyac duyur.

Ukrayna ordusunun sözçülərindən biri "Wall Street Journal"a bildirib ki, vəd edilən sistemlərin heç biri hələ Ukraynaya çatmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!