Ukraynanın silahları tükənib - Rusların hava hücumları artır

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın silahları tükənib - Rusların hava hücumları artır

Dünya

22 Aprel 2023 17:24 658


Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə vasitə və sursatları tükənir. Bu ölkənin öz səmasına nəzarət etmək imkanını təhlükə altına alır. 

Bakupost.az xəbər verir ki, bu barədə "The Times"a ukraynalı hərbçilər məlumat verib.

“Ruslar bilirlər ki, bizim silah-sursatımız tükənir və öz hərəkətlərində daha qətiyyətli olurlar. Onlar ərazilərimizə getdikcə daha çox vertolyot və təyyarə göndərirlər. Artıq başa düşürlər ki, biz onları dayandıra bilməyəcəyik”, - deyə Ukrayna Silahlı Qüvvələrinin üzvü "The Times"a bildirib. pizza mizza

Başqa bir ukraynalı əsgər isə bildirib ki, Kiyev üçün vəziyyəti çətinləşdirən digər məsələ Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatların istehsalında əhəmiyyətli irəliləyiş əldə etməsidir. Belə ki, bu PUA-ların hücumunu dəf etmək də hava hücumundan müdafiə sistemləri tələb edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!