Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem yeni hökumətin Kiyev qarşısındakı bütün öhdəlikləri, o cümlədən münaqişə başa çatdıqdan sonra Ukraynaya hərbi kontingent göndərilməsini icra edəcəyini bəyan edib.
“Yeni Sabah” xəbər verir ki, onun çıxışı “Sky News” telekanalı vasitəsilə canlı yayımlanıb.
“Atəşkəs qüvvəyə mindikdə, Ukraynanın uzunmüddətli təhlükəsizliyini möhkəmləndirmək üçün çoxmillətli qüvvələri yerləşdirməyə hazır olacağıq. London yeni radioelektron mübarizə (REB) sistemi olan “Stone Cloak”un əqli mülkiyyət hüquqlarını Kiyevə təhvil verəcək”, – deyə Bernem vurğulayıb. pizza mizza
Xatırladaq ki, iyulun 27-də Ukrayna Prezidenti Volodimir Zelenski Portsmutda “Queen Elizabeth” təyyarədaşıyan gəmisində Bernem ilə görüşüb. Ukrayna lideri yeni Baş nazirin ilk xarici qonağı olub. Onlar hərbi dəniz bazasına baş çəkib, Britaniyada təlim keçən ukraynalı hərbçilərlə görüşüb və ikitərəfli danışıqlar aparıblar. Zelenski də öz növbəsində dronların qorunması üçün REB texnologiyalarının təmin edilməsinə görə Bernemə təşəkkür edib və onu Ukraynaya dəvət edib.
Telegram kanalımız