Ukraynaya raket tədarükü: Ermənistan MN iddiaya cavab verdi

Ukraynaya raket tədarükü: Ermənistan MN iddiaya cavab verdi

Bölgə Veb saytların hazırlanması

21 Noyabr 2023 13:46 685


Ermənistan Müdafiə Nazirliyi bir sıra xarici və erməni KİV-lərinin Ermənistanın Ukraynaya raket tədarük edəcəyi ilə bağlı yaydığı məlumatı təkzib edib.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan danışıb.

"Müdafiə Nazirliyinin müvafiq idarəsi sahəyə aid mətbu nəşrlərin monitorinqini aparır, zərurət və məqsədəuyğun olaraq onlara şərh verir və ya cavab verir. Bu məlumat həqiqətə uyğun deyil və biz tərəfdaşlarımızı - Ermənistan KİV-lərini xarici təbliğat mənbələrindən yalan tezislər yaymamağa çağırırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!