"Ukrayna məsələsində Qərbi dəstəkləsək də, müharibədə iştirak etmək istəyimiz yoxdur və Kiyevə silah satmayacağıq".
Yenisabah.az "Əl-Cəzirə"yə istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib.
"Biz Ukraynaya silah satmamışıq, onlara yalnız tibbi və humanitar yardım göstərmişik. Köçkün və yaralı ukraynalılara ev sahibliyi və qulluq edirdik. Lakin hamıya aydın olmalıdır, Kiyevə silah satmayacağıq", - deyə Qantz vurğulayıb. pizza mizza
O əlavə edib: “Ukraynaya humanitar yardım göstərməyimizə baxmayaraq, müharibədə iştirak etmək istəyimiz yoxdur”.
Xatırladaq ki, Ukraynanın XİN rəhbəri D. Kuleba İsrailidən silah istəyəcəklərini bildirib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Ukraynanın İsrail silahları ilə təchiz edilməsinin Moskvanın Təl-Əvivlə münasibətlərini pozacağını bəyan edib.
Telegram kanalımız