“Universitetlərdə təhsil müddəti endirilməlidir, vaxt itkisidir“

saytların hazırlanması

Evə çatdırılma

“Universitetlərdə təhsil müddəti endirilməlidir, vaxt itkisidir“

Sosial

25 Noyabr 2023 12:00 5826


“Təhsil sistemində müəyyən dəyişikliklər etmək lazımdır, məsələn, fənlər azaldılmalıdır. Şagirdlər 9-cu sinifdə buraxılış deyil, ixtisas seçim imtahanı verməlidir. Bu gün ölkədə bəzi pilot məktəblərdə bu tətbiq edilir. Amma fikrimcə, bütün dövlət məktəblərində belə olmalıdır...”

Bu sözləri Yenisabah.az-a  Beynəlxalq Təhsil Mərkəzinin təsisçisi və direktoru, təhsil eksperti Ramal Şəmşədli deyib. Onun sözlərinə görə, orta məktəb şagirdləri imtahan verərək hazırlaşacaqları qruplara uyğun fənləri öyrənməlidir:

“Şagirdlər hansı ixtisas qrupuna hazırlaşırsa, həmin fənlər üzrə təhsil almalıdır. Belə olan halda, onlar özlərinə lazım olanı öyrənir, əlavə dərslərlə yüklənmirlər. Gənclərin istədiyi də budur. Biz hər şeyi öz beynimizlə ölçməməliyik. Gənclər 55-60 yaşlı insanlar kimi fikirləşmir və biz onların istəyini nəzərə almalıyıq.  pizza mizza

Gənclər arasında heç bir sorğu keçirilməyib. Sorğu keçirilməli, məktəblilərin nə istədiyi aydınlaşdırılmalıdır. Onların dərs yükü artıqdırdırmı, hansı dərs modelini istəyirlər, bütün bunlar araşdırılmalıdır. Əgər biz bunları görməsək, problemi heç vaxt həll edə bilməyəcəyik. 

Ona görə də uşaqlar Avropa məktəblərinə, xarici ölkələrə üz tuturlar. Əgər abituriyent gedib xaricdə uğur qazana bilirsə, deməli, öz ölkəsində də bunu edə bilər. Sadəcə onları düzgün istiqamətləndirmək lazımdır, çox sıxmaq lazım deyil. Əvvəlki illərdə keçid balı 600 olan ixtisaslar vardı, onları bu il 200 bala qədər azaltdılar. Deməli, seçimlər düzgün deyil”.

Ekspert bildirib ki, bəzi ali təhsil müəssisələrində ixtisaslara uyğun olaraq, tədris ili müəyyənləşdirilməlidir:

“Bu gün məktəblilərin daha çox kurslara yönəlməyinin səbəbi də odur. 7-8-ci siniflərdən valideynlər övladlarına istiqamət verir və şagirdi o yöndə aparır, təməlini bu cür qoyur. Valideyn  istəyir ki, övladı daha yaxşı nəticə göstərsin. Bu səbəbdən hətta 8-ci sinifdən başlayaraq ixtisas dəyərləndirmə testi edilməli, şagirdlərə oxuyacaqları ixtisasa uyğun dərslər keçilməlidir. Bu, bütün məktəblərdə qanun olmalıdır. 

Eyni zamanda, bəzi ixtisaslarda təhsil müddəti azaldılıb-çoxaldılmalıdır. Məsələn, elə ixtisaslar var ki, onu öyrənməyə 4 yox, 5 il vaxt lazımdır, amma elələri var ki, onu 4 il oxumaq artıq vaxt itkisidir, 2 il təhsil almaq yetərlidir. Bu, çox önəmli məsələdir”.

Əsmətxanım Rzazadə   

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Arif
    Şagirdləri məcbur etməsən oxuyan deyillər. Çoxları Ümummilli lider haqqında bir neçə söz deyə bilmir!
    2 years ago
  • N
    Belə olmamalıdır, uşaqlara hər bir fənn lazımdır, lakin elə metodla tədris olunmalıdır ki uşaqları dərsdən uzaqlaşdırmasın, onlarda həvəs yaratsın.Mən özüm də bütün fənləri öyrənməyin faydasını görmüşəm və bunun dəyəri hesaba gəlməyəcək qədər yüksəkdir
    2 years ago