“Ürəyimizi qoruyaq…” – Məşhur ürək həkimindən çağırış

saytların hazırlanması

Evə çatdırılma

“Ürəyimizi qoruyaq…” – Məşhur ürək həkimindən çağırış

Sosial

02 Mart 2023 21:16 5215


“Ürəyimizi qoruyaq, əziz dostlar!”

“Yeni Sabah” xəbər verir ki, bu çağırışla ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov çıxış edib.

Hacı Şahin Həsənlinin ürək tutmasından vaxtsız vəfat etməsi haqda social şəbəkədə paylaşım edən həkim qeyd edib: pizza sifarişi

“Uzun illərin peşə təcrübəsinə əsaslanaraq demək istəyirəm ki, ürək ağrısı başqa (sinir, əzələ, mədə vəs.) ağrılardan həm də bir xüsusiyyəti ilə fərqlənir. O da ölüm qorxusu hissidir.

Hacı Şahinin dünən 20.45 radələrindəki paylaşımından bəlli olur ki, onun ürəyi ağrayırmış. Keşkə.., nə isə.., qədər deyək...”

Millət vəkili paylaşımını Hacı Şahinin sitatı ilə bitirib:

 “Siz dünyaya gələndə ağlaya-ağlaya doğulursunuz və sizi gülə-gülə qarşılayırlar. Bacarırsınız, elə yaşayın ki, dünyadan köçəndə gülə-gülə gedəsiniz və sizi ağlaya-ağlaya yola salsınlar” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!