Uşaqlar da dağıntılar altında qaldı - Qəzzada dəhşətli hadisə

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlar da dağıntılar altında qaldı - Qəzzada dəhşətli hadisə

Dünya

16 Sentyabr 2026 14:38 62


Qəzzada daha əvvəl İsrail hücumları nəticəsində zərər görmüş yaşayış binasının çökməsi faciə ilə nəticələnib. Hadisə zamanı 5-i uşaq olmaqla 11 fələstinli həyatını itirib, 14 nəfər yaralanıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə Qəzza şəhərinin cənub-qərbində yerləşən Əs-Sinaa bölgəsində baş verib.

6 mərtəbəli bina İsrail ordusunun əvvəlki hücumları zamanı zərər görüb.  Dominos pizza

Bina çökən zaman onun ətrafında qurulan çadırlarda məskunlaşan və evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilər də hadisədən zərər çəkib. Yerli sakinlərin sözlərinə görə, hücumlar nəticəsində zədələnən binada 60-dan çox insan yaşayırdı.

Qəzzada axtarış-xilasetmə qrupları dağıntılar altında qalan insanların çıxarılması üçün işlərini davam etdirir. Məlumata görə, Qəzzaya əsas ehtiyac mallarının girişinin məhdudlaşdırılması səbəbindən xilasedicilər lazımi texnika və avadanlıqların çatışmazlığı ilə üzləşirlər.

İsrail hücumları nəticəsində çoxsaylı binaların zərər gördüyü Qəzzada evlərini tərk edən insanlar sığınacaq imkanlarının məhdud olması səbəbindən yararsız vəziyyətdə olan binalarda yaşamağa davam edirlər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!