Uşaqlara siqaret satanlar cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlara siqaret satanlar cərimələndi

Sosial

03 Noyabr 2021 13:22 626


Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Yenisabah.az DİN-ə istinadən xəbər verir ki, Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 2-də rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.  

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!