Vaksin pasportu da ləğv olunur?

saytların hazırlanması

Evə çatdırılma

Vaksin pasportu da ləğv olunur?

Sosial

21 Aprel 2022 15:57 502


May ayından etibarən qapalı məkanlarda maska tələbinin aradan qaldırılması və quru sərhədlərin açılması ilə əlaqədar söyləntilər mövcuddur.

“Yeni Sabah” xəbər verir ki, bu haqda TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov açıqlama verib. Maraqlıdır, maska məhdudiyyətinin aradan qaldırılması ilə bərabər, vaksin pasportunun ləğvi də aktual ola bilərmi?

Mövzu ilə bağlı danışan deputat Cavanşir Paşazadə "sfera.az"-a bildirib ki, iyundan etibarən vaksin pasportunun da ləğv edilə bilər: Marqarita pizza

"Bu gün Azərbaycanda yoluxma sayı çox aşağıdır və demək olar ki, pandemiya yoxdur. Azərbaycan dövləti tərəfindən koronavirusla əlaqədar bütün məsələlərə vaxtında diqqətlə yanaşıldı və yetərli miqdarda vaksin gətirildi.

Dövlətin bu işdə tam nəzarətinin olması, insanların qaydalara riayət etməsi yoluxma sayının minimuma enməsi ilə nəticələndi. Ola bilsin ki, mayın 1-də maska məhdudiyyətinin aradan qaldırılması və quru sərhədlərin açılması ilə bağlı qərar qəbul edilsin.

Vaksin pasportlarının ləğvi Azərbaycanda da həyata keçirilməlidir. Artıq ölkədə karantin qaydalarının yumşaldılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu baxımdan vaksin pasportunun da iyundan etibarən ləğv edilməsi ağlabatan məsələdir. Avropa bu pasportun ləğvi ilə bağlı qərar qəbul etdikdən sonra bizdə də belə bir sənədə gərək qalmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!