“Yeni tədris ilinin başlaması ilə valideynlərdə məktəb alış-verişi ilə bağlı müəyyən həyəcan yaranır. Burada əsas məsələ uşağın ehtiyaclarını düzgün müəyyənləşdirmək və alış-verişi “ən bahalısını almaq” yarışına çevirməməkdir”.
Bu sözləri “Yeni Sabah”a psixoloq-pedaqoq Zeynəb Əyyubova açıqlamasında bildirib. Onun fikrincə, məktəb çantasında uşağın həmin gün üçün həqiqətən ehtiyac duyduğu ləvazimatlar olmalıdır:
“Lazımsız əşyalarla çantanı doldurmaq həm fiziki ağırlıq yaradır, həm də uşağın məsuliyyət hissinə mənfi təsir göstərə bilər. Valideynlər bəzən uşağın ehtiyacından daha çox öz seçimlərini ön plana çıxarırlar. Halbuki məktəb alış-verişi uşağın da iştirak etdiyi bir proses olmalıdır. “Ən bahalısını, ən brendlisini almalıyam” düşüncəsi uşağa fərqində olmadan yanlış mesaj verə bilər. Uşaq zamanla əşyanın keyfiyyətindən və funksionallığından daha çox onun qiymətinə və brendinə önəm verməyə başlaya bilər. Xüsusilə məktəb mühitində uşaqlar bir-biri ilə müqayisə olunduqları üçün bu, “məndə niyə yoxdur?”, “mənim əşyam niyə onunki kimi deyil?” kimi düşüncələr yarada bilər”.
Z.Əyyubova vurğulayıb ki, keyfiyyətli məhsul almaq əlbəttə ki, vacibdir, amma bahalılığı uşağın dəyərinin göstəricisinə çevirmək doğru deyil:
“Uşağın məktəb ləvazimatlarının seçimində fikrinə müəyyən qədər mütləq yer verilməlidir. Məsələn, valideyn çantanın keyfiyyəti, ölçüsü və rahatlığı ilə bağlı qərar verə bilər, amma rəng və dizayn seçimində uşağa sərbəstlik vermək mümkündür. Bu, uşağın müstəqillik və məsuliyyət hissini gücləndirir və ona “mənim fikrim də önəmlidir” mesajını verir. Ümumiyyətlə, məktəbə hazırlıq yalnız çanta, dəftər və digər ləvazimatların alınmasından ibarət deyil. Bu proses uşağın yeni tədris ilinə emosional hazırlığı baxımından da əhəmiyyətlidir”.
Psixoloq qeyd edib ki, valideyn alış-veriş zamanı uşağı tələsdirmək və müqayisə etmək əvəzinə onun fikrini dinləməli, seçimlərinə hörmət etməli və imkanları daxilində ona seçim haqqı verməlidir: pizza sifarişi
“Ən vacib məqam isə uşağa əşyaların insanın dəyərini müəyyənləşdirmədiyini aşılamaqdır. Məktəbə bahalı çanta ilə deyil, özünəinam, maraq və müsbət gözləntilərlə başlamaq daha önəmlidir”.
Aytac Əliyeva
Telegram kanalımız