Xorvatiya millisinin kapitanı Luka Modriç Portuqaliya qarşısında məğlubiyyətdən sonra VAR texnologiyasını sərt tənqid edib.
“Yeni Sabah” xəbər verir ki, 40 yaşlı xorvat əfsanə hakimlərdən VAR-dan düzgün istifadə etməməsindən gileylənib:
“Matçı bitməzdən əvvəl həll edə bilərdik, amma bunu bacarmadıq. Çoxlu qol imkanlarını boşa verdik və sonra inanılmaz hadisələr baş verdi. Artıq olan olub. pizza sifarişi
Oyundan dərhal sonra ağıllı nəsə demək çətindir. Hələ də emosiyaların təsiri altındayam və səhv nəsə demək istəmirəm. Amma düşünürəm ki, biz daha artığına layiq idik.
Ləğv olunan qol? Hakim dedi ki, Matanoviç topa toxunub. Amma biz təkrar görüntülərə baxdıq və heç bir yerdə onun topa toxunduğu görünmür. Mənim fikrimcə, əgər topa toxunmayıbsa, bu, ofsayd deyil.
Düşünürəm ki, biz daha artığına layiq idik. Bəzi qərarlar bizim xeyrimizə olmadı. Məsələn, penalti epizodu. Məncə, vəziyyət əksinə olsaydı, VAR heç vaxt müdaxilə etməzdi.
VAR tətbiq olunmağa başlayandan etibarən demişəm ki, onu bəyənmirəm. Vaxt keçdikcə bəzi hallarda faydalı olduğunu gördüm. Amma ya ondan düzgün istifadə etmirlər, ya da necə istifadə olunacağını bilmirlər.
Bəzən qərarlara seçici yanaşırlar, bəzən isə komandanın böyüklüyünə görə fərqli münasibət göstərirlər. Bilmirəm. Fikrimcə, VAR yalnız 200 faiz aşkar hakim səhvi olduqda müdaxilə etməlidir. Əgər epizod müxtəlif cür yozula bilərsə, VAR-ın oyuna qarışmasına ehtiyac yoxdur.
Məni ən çox əsəbiləşdirən də budur. Çünki bu cür qərarlar çox vaxt bizim ziyanımıza olur. Amma artıq olan olub. Yolumuza davam edəcəyik. Məğlubiyyətə bəraət qazandırmaq istəmirik, amma bu cür məqamlar, əlbəttə ki, insanı narahat edir”.
Xatırlatma: DÇ-2026-nın 1/16 final mərhələsində Xorvatiya millisi Portuqaliyaya 1-2 hesabı ilə uduzub.
Nazim Hacıyev
Telegram kanalımız