Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 1-də Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin publik hüquqi şəxsə çevrilməsi haqqında Sərəncam imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Radio-Televiziya Ötürücü Mərkəzi publik hüquqi şəxsə çevrilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiq etməsi tapşırılıb. Dominos pizza
Telegram kanalımız