Vasif Talıbov oğlu ilə ağac əkdi –  Video
13 Noy 2019 05:39
542

Vasif Talıbov oğlu ilə ağac əkdi – Video

Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Naxçıvan şəhərində yeni badam bağı salınıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, oğlu Seymur Talıbov  iməcilikdə iştirak edib, ağac əkiblər.

Məlumat verilib ki, bu ilin payız əkini dövründə muxtar respublikada 300 hektara yaxın sahədə meyvə bağları və yaşıllıq zolaqları salınacaq, bərpa əkinləri aparılacaq. Əkin zamanı 125 mindən artıq müxtəlif meyvə və meşə tinglərindən istifadə olunacaq.

Yeni salınan badam bağı 55 hektardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri ərazinin 15 hektarında 3 mindən artıq badam tingi əkiblər.

 

Oxşar xəbərlər