Vasif Talıbov onlara ev verdi

Vasif Talıbov onlara ev verdi
İyun 11, 2019
Oxunma sayı: 82

Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib.

“Yeni Sabah” xəbər verir ki, açılışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.

Məlumat verilib ki, 44 mənzilli yaşayış binası 5 mərtəbədən və 3 girişdən ibarətdir. İki, üç və dördotaqlı mənzillərdə bütün kommunal-məişət şəraiti yaradılıb, fərdi istilik sistemi qurulub. Mənzillər mebel dəstləri və məişət əşyaları ilə tam təmin olunub. Binanın həyəti də abadlaşdırılıb, istirahət köşkü istifadəyə verilib.

Bina ilə tanışlıqdan sonra zabit-gizir ailələri ilə görüş olub.