Vasif Talıbov onları təltif etdi

Vasif Talıbov onları təltif etdi
İyul 11, 2019
Oxunma sayı: 99

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında Sərəncam  imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasında televiziya işində səmərəli fəaliyyətlərinə görə Əliyev Rauf Cəlil oğlu, Hüseynov Nail Ağəli oğlu, Qafarov Toğrul Hüseyn oğlu və Mahmudov Vüsal Yusif oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Qeyd edək ki, bu il "Kanal 35" televiziyasının yaradılmasının 15 ili tamam olur. Təltif olunan şəxslər "Kanal 35" televiziyasının əməkdaşlarıdır.