Venesuelada sunami təhlükəsi var? - Ekspert xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Venesuelada sunami təhlükəsi var? - Ekspert xəbərdarlıq etdi

Dünya

25 İyun 2026 21:16 66


Venesuela sahillərində baş verən güclü zəlzələdən sonra yaxın günlərdə ölkədə sunami təhlükəsi mövcuddur.

"Yeni Sabah" xəbər verir ki, bunu seysmoloq Aleksandr Jiqalin Life.ru saytına müsahibəsində bildirib.

Mütəxəssis xatırladıb ki, əsas təkanlardan sonra tədricən zəifləyən, lakin uzun müddət davam edə bilən afterşoklar baş verir. pizza mizza

"Bu hadisədə maqnituda 7.2 təşkil edib - bu, çox yüksək, dağıdıcı həddə yaxın bir göstəricidir. Artıq sunami təhlükəsi elan olunub və böyük ehtimalla, o, yaxın günlərdə özünü büruzə verəcək ", - deyə Jiqalin qeyd edib.

O əlavə edib ki, Venesuela Atlantik okeanının seysmik zonasında yerləşir, lakin zəlzələlərin əsas ocaqları Sakit okean qurşağında cəmləşib. Təkanlar regionun hüdudlarından kənara çıxmayacaq.

Xatırladaq ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Məlumata görə, azı 164 nəfər həlak olub, 971 nəfər yaralanıb və onlarla bina dağılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!