Vensin cangüdəni istefaya göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Vensin cangüdəni istefaya göndərildi

Dünya

23 İyul 2026 17:10 87


ABŞ vitse-prezidenti Cey Di Vensin təhlükəsizlik xidmətinə təyin edilmiş Gizli Xidmət agenti səyahət məlumatlarını sızdırdığı iddiası ilə vəzifəsindən kənarlaşdırılıb.

"Yeni Sabah" CNN-ə istinadla xəbər verir ki, hazırda araşdırma aparılır.

Xidmət agenti vitse-prezidentin şəxsi səfərlərini planlaşdırmaq üçün təhlükəsizlik resurslarından düzgün istifadə edilməməsi barədə məlumat yayıb.  Sezar pizza

Daha əvvəl "MS Now" telekanalı Gizli Xidmət agentlərinin vitse-prezidentin ailəsinin təhlükəsizliyini təmin etmək üçün ayrılmış dövlət resurslarından istifadəsindən narazılığı barədə bir süjet yayımlamışdı. Son qəzəb mənbəyi vitse-prezidentin kiçik oğlunu qolf məşqinə aparmaq üçün hərbi helikopterdən istifadə etmək qərarı olub.

Bəzi təhlükəsizlik işçiləri hesab edirlər ki, əvvəlki vitse-prezidentlərlə müqayisədə Vens dövlət resurslarından düzgün istifadə etmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!