Vətən müharibəsi iştirakçısına nazirlikdə vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi iştirakçısına nazirlikdə vəzifə verildi

Sosial

29 İyul 2021 19:42 979


Tanınmış jurnalist, Vətən müharibəsinin iştirakçısı Pərviz Aslanov Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifəyə təyin edilib.

Bu barədə nazir, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, P.Aslanov FHN-in Mətbuat xidməti şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunub. Marqarita pizza

FHN-in Mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, P.Aslanov 29 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində qəhrəmancasına iştirak edib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Jurnalist P.Aslanovun sonuncu iş yeri Lider TV olub./"Report"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!