“Azərbaycanda feminizmin tarixi, mənəvi, psixoloji kökləri yoxdur. Yəni bu, təbii hal deyil. Əgər bu, təbii psixoloji haldırsa da, individualdır, yəni yüz mində bir olan hadisədir. Bunu bilərəkdən Azərbaycan mənəviyyatının alverinə çevirmək qətiyyən qəbuledilməzdir. Hamımız ayıq-sayıq olmalıyıq. Necə təbii haldır ki, məhz İstanbul Konvensiyasına əsasən, feministlər özlərini bioloji deyil, sosioloji olaraq ayırırlar. Məsələn, deyirlər ki, bioloji kişi və qadın olmağımızı qəbul etmirik, bu, sosioloji məsələdir, özümüzü qadınıqsa, kişi, kişiyiksə, qadın hesab edə bilərik, bu sahədə hüquqlarımız var. Deməli, bu, insanın özünün yaranışına, təbiətinə zidd bir haldır. Bunu təsadüfi demədim. Bu hallar Azərbayanda kütləvi idisə, nə üçün əvvəlki dövrlərdə olmayıb? Nə üçün bu, yalnız müəyyən “Qərb dəyərləri” adı altından bizə sırınıb? Nə üçün biz Avropa Şurasına daxil olanda qarşımıza şərt qoyuldu, Cinayət Məcəlləsindən 113-cü maddə çıxarıldı? Deməli, süni şəkildə Azərbaycanda təbliğ olunur, yardım göstərilir. Bu, Azərbaycan cəmiyyətini mənəvi cəhətdən, içəridən darmadağın etməyə yönəlmiş bir haldır, bizim milli, dini və psixoloji halətimizi, yekdilliyimizi pozmaq cəhdləridir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
“Bu şeytani ünsürlər feminizmi daha da irəli çəkmək üçün xeyli vəsait də xərcləyirlər. Məhz bunun nəticəsidir ki, son dövrlər Azərbaycan feministləri arasında maddiyyat, ayrılmış qrantlar uğrunda mübarizə gedir. Bunlar bir-birilərini didməyə, ittiham etməyə başlayıblar. Mənimsəmə halları ortaya çıxıb. Buna yol vermək olmaz. Mən LGBT üzvlərinin mətbuat konfransının görüntülərini izlədim və dəhşətə gəldim. Necə ola bilir ki, Azərbaycan kimi türk, islam respublikasında bunlar belə açıq şəkildə bəyan edib deyirlər, hər yerdə varıq, müəllimik, həkimik, alimik... Bu nə biabrçılıqdır? Azərbaycanda buna yol vermək olmaz. Əgər bunlar xəstədirlərsə, göndərsinlər xəstəxanaya, müalicə alsınlar. Çünki bu, insanın öz təbii halından sapanması deməkdir. Bu, murdarlıqdır, qəbul etmək olmaz. Təsadüfi deyil ki, bunlara başlanğıcda da “üzdəniraq” adı qoymuşam. Parlamentdə çıxışımda da bunları “üzdəniraq” adlandırmışam. Ona görə ki, həqiqətən bunlar “üzdəniraq”dırlar. Onlar Azrəbaycandan da iraq olmalıdırlar. Vətənimizə bu cür murdarlıq gəlməməlidir…”, - T.Kərimli bildirib. pizza hut
Telegram kanalımız