“Respublika ətrafında vəziyyət gərginləşməyə meyllidir, lakin təlaşa ehtiyac yoxdur”.
Yenisabah.az “BelTA”ya istinadla xəbər verir ki bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bəyan edib.
“Bu gün ölkəmiz ətrafında vəziyyət həqiqətən gərgin olaraq qalır və hər şey pisləşməyə meyllidir. Vəziyyətə güc nazirlikləri bloku nəzarət edir. Prezident şəxsən vəziyyəti nəzarətə götürüb, iclas keçirir, tapşırıqlar verir. Ona görə də təlaşa düşməyə dəyməz”, – deyə Volfoviç qeyd edib. pizza hut
Dövlət katibi təəssüflə əlavə edib ki, Qərbdə Belarus ordusunun Ukrayna ərazisində “xüsusi hərbi əməliyyat” keçirə biləcəyi barədə fikirlər yayılır:
“Bu fikirlərə inanan Şimali Atlantika Alyansı və bir sıra Avropa ölkələrinin hərbi-siyasi rəhbərliyi artıq Belarusa qarşı mümkün təcavüz variantlarını açıq şəkildə müzakirə edir.
Volfoviç bildirib: "Ukraynada hakimiyyətin ən yüksək eşelonlarında, ilk növbədə, orada olan qaçaqlarımız – "Kalinovski alayı", "Litvin batalyonu" və digər qeyri-qanuni silahlı birləşmələrdən istifadə etməklə Belarusa zərbə endirmək imkanları da müzakirə olunur”.
Telegram kanalımız