Vilayət Eyvazovdan yeni təyinat
06 İyl 2020 21:25
348

Vilayət Eyvazovdan yeni təyinat

Biləsuvar rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

Yenisabah.az xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə polis polkovnik-leytenantı Nəsib Məmmədov təyinat alıb.

Nəsib Məmmədov bu təyinata qədər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Biləsuvar RPŞ-nin əvvəlki rəisi, polis polkovniki Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub. Əlyəddin Səfərov 5 il əvvəl bu vəzifəyə təyin edilmişdi.  /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər